“Ermənistanın ikibaşlı oyunları Qərblə Rusiyanı üz – üzə qoyub”

Paylaşın

” Azərbaycana qarşı ən düşmən mövqedə olan ölkələr birləşir. Məsələ Azərbaycan olanda İranla ABŞ da qardaş olur, Fransa ilə Rusiya da dostlaşır, ABŞ ilə Rusiya da qardaşlaşır. Bu gün Ermənistanın ikibaşlı oyunları Qərblə Rusiyanı üz – üzə qoyub. Problemlər durmadan artır. Ancaq yenə də baxırıq ki, Ermənistan üçün vacib olan anlarda onların ” dayısı” ( Rusiya) yenə öz ampluasındadır”.
News365.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar İskəndərov səsləndirib. Millət vəkili bildirir ki, məsələ Azərbaycana qarşı olduqda düşmən dövlətlər belə bir- birləri ilə dil tapırlar.

News365.az