“Erməni silahlılarının rus sülhməramlıları tərəfindən himayəsi dözülməzdir”

Paylaşın

” Laçın yolundakı son hərbi toqquşma göstərdi ki, Azərbaycan torpağında qanunsuz şəkildə erməni ordusunun qalıqlarının dövriyyəsi, onların rus sülhməramlıları tərəfindən himayəsi, onların postlara daşınmasında rus sülhməramlılarının müşahidəsi dözülməzdir. Azərbaycan bu məsələni sərt şəkildə həm erməni seperatçılarının qondarma rəhbərliyi qarşısında, həm də rus sülhməramlılarının qarşında qoyub”.

Bu sözləri millət vəkili Rasim Musabəyov News365.az saytına açıqlamasında bildirir. Millət vəkili qeyd edir ki, Azərbaycanın erməni silahlıları ilə bağlı tələbi dinc yolla yerinə yetirilməzsə, Azərbaycan hərbi əməliyyatlara başlayacaq:

“Laçın yolunda buraxılış – nəzarət məntəqələrinin qurulması, həm də paralel olaraq, Ermənistan ordusunun qalıqlarının çıxarılması tələb kimi qoyulub. Bu ya qısa zamanda dinc yolla həyata keçiriləcək, ya da Azərbaycan hərbi güclə erməni silahlılarını tərk- silah edəcək. Bu hamıya aydın olmalıdır “.

News365.az