Belə davam etsə Yaponiya məhv olacaq – “Bloomberg”

Paylaşın

Yaponiya baş nazirinin baş müşaviri xəbərdarlıq edib ki, ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görülməsə, Yaponiya məhv olacaq

“Bloomberg” xəbər verir ki, 2022-ci ildə Yaponiyada yeni doğulanların sayı əvvəlki ilə nisbətən 5,1 faiz azalaraq 799 min 728 olub. Bu, Yaponiyanın 1899-cu ildə qeydlər aparmağa başlamasından bəri ən aşağı göstəricidir.

Məlumatlar göstərir ki, eyni dövrdə ölənlərin sayı 8,9 faiz artaraq 1,58 milyon nəfərə çatıb.