“Azərbaycan ordusu antiterror əməliyyatına başlayıb”

Paylaşın

Noyabr razılaşmasında öhdəlik götürsə də Ermənistan silahları və silahlıları ərazidən çıxarmayıb. Buna görə də Azərbaycan ordusu artıq antiterror əməliyyatına başlayıb. Ötən günki hadisələr də bunun sübutudur.

Bunu news365.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.
“Hesab edirəm ki, Azərbaycan DSX vasitəsilə Ermənistandan Qarabağa olan yolda nəzarət-buraxılış məntəqələri yaratmalıdırlar. Çünki sərhəd qoşunlarının bu istiqamətdə təcrübələri var. Sərhəd-keçid məntəqələrinin yaradılması işini daha yaxşı bilirlər. Yolboyu ərazidə daxili qoşunların bölmələri post-patrul xidməti keçməlidirlər və postlar qurmalıdırlar. Yalnız bundan sonra Azərbaycan həmin ərazilərə silah-sursat daşınmasının qarşısını ala bilər.”

 

K.H

News365.az