“Antiterror əməliyyatları qrupların liderlərinə qarşı da keçirilə bilər”

Paylaşın

” Qarabağda ermənilərin postlarını Rusiya sülhməramlı kontingentinin ərazisinə yaxın qurmalarının səbəbi Azərbaycanı təxribatlara təşviq etməkdir. Azərbaycan tərəfi əməliyyatlarda dəqiqliklə fəaliyyət göstərə bilər. Burada əməliyyatları zərgər dəqiqliyi ilə icra etmək lazımdır. Yüksək texnoloji vasitələr hətta fərdlərin müəyyən edilib, onlara qarşı əməliyyat keçirilməsinə imkan verir”.

News365.az xəbər verir ki, bu sözləri hərbi ekspert Alparslan İmamqulu antiterror əməliyyatları barədə danışarkən deyib. Ekspert bildirir ki, ermənilər postlarını məqsədli şəkildə rus sülhməramlılarına yaın yerdə qururlar.  Onlar bu yolla Azərbaycan tərəfinin atəşlərinin  sülhməramlılara zərər yetirməsinə imkan yaratmağa çalışırlar. Ekspert vurğulayır ki, Azərbaycan antiterror əməliyyatlarını terrorçu qruplaşmaların rəhbərlərinə qarşı da həyata keçirə bilər:

“Antiterror əməliyyatları təkcə böyük qruplara qarşı deyil, qrupların liderlərinə qarşı da keçirilə bilər. Azərbaycan bu cür hədəflərin müəyyənləşdirilməsi və əməliyyatın icra edilməsində imkan və qabiliyyətləri var”.

News365.az