” ABŞ- ın bu siyasəti regionda Rusiyanın siyasi mövqeyini zəiflətməkdir. Amerika Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasına çalışır. Amerikanın strateji planı bundan ibarətdir”.
News365.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə səsləndirib. Şərhçi bildirir ki, Ağ Ev Rusiyanın planını pozmağa çalışır:
“Ona görə onlar normativ və real olaraq Azərbaycan – Ermənistan arasında sülhə töhvə verirlər. Prosesin getməsi üçün Amerika Entoni Blinken səviyyəsində çalışır”.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının dövlət departamentinin sözçüsü Ned Prays qeyd edib ki, Vaşinqton Azərbaycan və Ermənistan məsələsinin həlli istiqamətində müzakirələrin masada davam etdirilməsini istəyir. Ned Prays həm Azərbaycan, həm də Ermənistanı ABŞ- ın tərəfdaşları olaraq gördüyünü vurğulayıb. Şərhçilərin fikrincə, həm ABŞ, həm də Rusiyanın məqsədi Cənubi Qafqazda güclənməkdir.
News365.az