ABŞ Gürcüstanı sanksiyalarla HƏDƏLƏDİ

Paylaşın

ABŞ Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edə bilər.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Biz Gürcüstanda son bir neçə saat ərzində baş verən hadisələri diqqətlə izləyirik. Biz Tbilisidən nümayişçilərə qarşı gözyaşardıcı qaz və etirazları yatırmaq üçün digər vasitələrdən istifadə edildiyinə dair xəbərlər alırıq”, – Prays bildirib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi vurğulayıb ki, Gürcüstanda etiraz aksiyalarının yatırılmasına görə məsuliyyət daşıyanlar ABŞ-ın sanksiyalarına məruz qala bilər.

Qeyd edək ki, Gürcüstan parlamentində qalmaqallı “xarici agentlər” haqqında qanun layihəsinin birinci oxunuşda qəbul edilməsindən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb.