“Əslində Ermənistan özü bir geosiyasi layihədir”

Paylaşın

” Ermənistan rəhbərliyinin hadisələrə yanaşmasında müstəqillik yoxdur və daha çox qeyri- müəyyənlik var. Bir tərəfdən Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı müxtəlif iddialar irəli sürən Paşinyan erməni icması ilə görüşündə bildirir ki, Qarabağ məsələsi Ermənistana təyziq üçün geosiyasi vasitədir. Əgər Qarabağ məsələsi Ermənistana təyziqdirsə, onda Paşinyan bu torpaqlara qarşı iddialarından imtina edərək Azərbaycanın daxili işinə müdaxilə etməyəcəyini elan etməlidir”.
News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli  Qarabağ məsələsinin Ermənistana təyziq olması ilə bağlı danışarkən deyib. Siyasi şərhçi qeyd edir ki, Ermənistanın mövcudluğu  geosiyasi layihənin nəticəsidir:

“Əslində Ermənistan özü bir geosiyasi layihədir. Ermənilərin bu torpaqlara köçürülməsi Azərbaycana, bölgədəki türk nüfuzuna təsir göstərmək üçün bir vasitədir”.

News365.az