Xəzər rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala avtomobil yolunun sol hissəsində baş tutan aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Xəzər rayon təşkilatı, Vətən müharibəsi iştirakçıları, qazilər, idarə-müəssisə və təşkilat rəhbərləri,  rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyada Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə müxtəlif növ ağaclar əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.