İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlarda biri uşaq olmaqla 4 fələstinli həyatını itirib.
News365.az xəbər verir ki, məlumata görə, İsrail cənubundakı Xan Yunus şəhərinin qərbində fələstinlilərin yerləşdiyi çadırı bombalayıb.
Şahidlərdən alınan məlumata görə, İsrail ordusu Abasan Kebiranın şimalında, Xan Yunisin şərqində yerləşən evi artilleriya atəşi ilə vurub.